RU

Tramp: Tezliklə sülh olması üçün hələ də şansımız var

Turkstan.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp bu gün Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahunu qəbul edəcək.

Turkustan.az xəbər verir ki, Netanyahu ilə görüşündən əvvəl verdiyi açıqlamada Tramp: "Təklif təkcə Qəzzanı deyil, Yaxın Şərqdə daha geniş sülhün əldə olunmasını hədəfləyir. Hər kəs Qəzza ilə bağlı razılığa gəlmək istəyir və ümid edirəm ki, Netanyahu ilə görüşümüzdə bunu yekunlaşdıra bilərik" deyib.Tramp Axios-a müsahibəsində bildirib ki, danışıqlar “onun Qəzzada müharibəni bitirmək planı ilə bağlı danışıqların son mərhələsindədir”.Bütün tərəflərin razılığa gəlmək üçün bir araya gəldiyini bildirən Tramp hələlik razılığın əldə olunmadığını qeyd edib.Planın təkcə Qəzzadakı müharibəni sona çatdırmaq deyil, həm də regional sülh üçün daha geniş bir prosesi başlatmağı hədəflədiyini bildirən Tramp: "Əgər buna nail olsaq, İsrail və Yaxın Şərq üçün əla bir gün olacaq. Bu, Yaxın Şərqdə həqiqi sülh üçün ilk şans olacaq. Amma əvvəlcə razılaşmanı yekunlaşdırmalıyıq" dedi.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
17
1
icma.az

2Источники