RU

Danimarkada hibrid hücumu qorxusu

Bu gün Moldovada növbəti parlament seçkiləri keçirildi. Budəfəki seçkilərdə əsas rəqabət hakim “Fəaliyyət və Həmrəylik Partiyası” (PAS) ilə müxalif “Patriot” bloku arasında getdi.

“Patriot” blokunun əsas namizədləri parlamenti ələ keçirmək üçün hər cürə təxribata hazırdırlar. Söhbət blokun aparıcı simaları olan İqor Dodon, Vladimir Voronin və Vasili Tarlev`dən gedir. Hamısı qatı rusiyapərəstdir və bütün təlimatları da birbaşa Kremldən alırlar.

Bu seçkilər Moldova üçün sözün əsl mənasında “ölüm-dirim” məsələsidir. Putin Moldovanı nəyin bahasına olursa-olsun yenidən Rusiyanın təsir dairəsinə qaytarmağa çalışır.

Ukraynanı müharibə yoluyla Rusiyaya tabe etmək cəhdinin əks-effekt verdiyini görən Rusiya lideri, indi keçmiş sovet respublikalarını dinc yolla (parlament və prezident seçkiləri vasitəsilə) Moskvanın nəzarəti altına keçirmək taktikasına üstünlük verməyə başlayıb. Rusiyayönümlü “Gürcü Arzusu” Partiyasının parlament seçilərində “qələbə”sini təmin etməklə Gürcüstanı Qərbdən qoparıb Rusiyanın “qucağ”ına qaytaran Putin, indi də Moldovanı eyni qayda ilə Kremlin “orbit”inə qaytarmağa hazırlaşır. Və Putin bu məkrli planı məhz “Patriot” blokunun əliylə həyata keçirmək istəyir.

Bu mənada sözügedən seçki blokunun aparıcı simalarının seçkilərdən sonra nəticədən asılı olmayaraq etiraz aksiyaları keçirəcəklərini bəyan etmələri heç də təsadüfi deyil.

Moldova polisinin Baş Müfəttişliyinin rəhbəri Viorel Çernəuțanu bildirib ki, bəzi maraq qrupları bu gecədən başlayaraq təxribat və iğtişaşlar törətməyə hazırlaşır: “Bizdə belə məlumatlar var. Qanunsuzluqlara, ictimai asayişin pozulmasına və vətəndaşların təhlükəsizliyinə, eləcə də milli təhlükəsizliyə təhdid yaradacaq hallara yol verilməyəcək”, - deyə o vurğulayıb.

Moldova polisinin bəyanatında seçki günü və ondan sonrakı proseslərdə sabitliyin qorunması üçün bütün tədbirlərin görüləcəyi xüsusi olaraq qeyd olunub.

Lakin bu xəbərdarlığa baxmayaraq Rusiya Moldovada seçkilər üzərindən siyasi xaos yaratmaq üçün hər vasitəyə əl atacaq. Ona görə də Rusiyanın mümkün təxribatlarının qarşısının alınması və parlamentdə rusiyapərəst namizədlərin üstünlük qazanmasına mane olmaq üçün Moldova prezidenti Mayya Sandu ola bilsin ki, seçkilərin nəticələrini etibarsız elan edib nəticələri ləğv edəcək. Proseslərin bu cür kritik ssenari ilə inkişaf etməsi mümkündür. Sandunun belə bir fövqəladə addım atması həqiqətən də Putinin mənhus planlarına mane ola bilər.

Sandu nəyin bahasına olursa-olsun Putinin planına mane olmalıdır. Çünki Moldovada rusiyapərəst qüvvələrin qalib gəlməsi nəinki Moldovanın özünün, həmçinin Ukraynanın da müstəqilliyinə tamamilə son qoya bilər. Rusiyanın Gürcüstandan sonra Moldova və Ukraynada da möhkəmlənməsi eləcə də digər postsovet ölkələrinin də varlığı üçün ciddi təhdidlər yaradacaq.

Lakin ümid edək ki, Ukrayna kimi Moldova da Putin üçün alınmaz qalaya çevriləcək.

P.S. İnqilab və müharibələr vasitəsilə milli hökumətləri devirən və qonşu xalqları əsarət altına Lenin-Stalin “banda”sından fərqli olaraq Putinin  Qərbsayağı seçkilər institutundan yararlanaraq postsovet ölkələrini öz nəzarətinə keçirmək və keçmiş SSRİ-ni bərpa etmək planı həqiqətən də olduqca hiyləgərcəsinə düşünülmüş plandır. Ancaq Mayya Sandu da “dəmir ledi” xarakterli, soyuqqanlı və qətiyyətli siyasətçidir. O, Putinin “şayka”sının parlamenti ələ keçirməsinə imkan verməyəcək.

Избранный
22
vaxt.az

1Источники