RU

Savadım olmayıb, amma bilirəm ki... - Şərurli İsfəndiyarla MÜSAHİBƏ

“Şərur” Mənzil-Tikinti Kooperativinin sahibi İsfəndiyar Axundov Bakıvaxtı.az-a müsahibə verib.

Onunla söhbəti təqdim edirik.

- İsfəndiyar müəllim, bugünlərdə mediada şikayət dolu açıqlamanız tirajlandı. Bildirmisiniz ki, çoxlu miqdarda vergi ödəyirsiniz, amma yenə də məhkəmələr sizə imkan vermir. Məsələ nə yerdə qaldı, üzərinizdəki “qara buludlar” çəkildimi?

- Hələ davam edir.

- Həmin adamlar, qüvvələr kimlərdir?

- Bəzi adamlar asan yolla pul qazanmaq istəyirlər.

- Kimdir bu adamlar?

- Bir nəfərlə övladlarımın vasitəsilə tanış olmuşduq. 18 il öncə yer alıram, dedi. Pulunu qaytarmışıq, dedi ki, qəbzi itirmişəm, biz də inandıq. İndi gəlib ki, əlavə pulum qalıb.

Birinci və ikinci məhkəmədə udduq. Ali Məhkəmənin hakimi qərar qəbul etdi ki, investiya müqaviləsi olmalıdır, o müqavilə də yoxdur. 2023-cü ildə guya biz ona pul verməli imişik, halbuki o adam həmin ildə bizdə işləməyib. İndi vəziyyət belədir.

- Məscidlərlə bağlı “İmkanım olsa, bütün məscidləri söküb, yerində məktəb tikərəm"düşüncələriniz birmənalı qarşılanmadı. Tənqid hədəfinə tuş gəldiniz. Bu tənqidlərə münasibətiniz necədir?

- Məscidləri sökək deməmişdim, bildirmişdim ki, məscidlə yanaşı, məktəblər də inşa edək. Özüm oxumamışam, savadım olmayıb, amma bilirəm ki, gələcək nəsil yalnız elm və təhsillə qabağa gedə bilər.

- Hansı zərurət sizi bu qənaətə gətirib?

- Bugünkü yaşayış tərzi və müharibələr də göstərdi ki, savaşlar yerdə deyil, göydə gedir. Elm və texnika varsa, qalibiyyət var. Bu gün süngü-silah deyil, elm və təhsil qalib gəlir. Əhalinin 90 faizi mənim nə dediyimi başa düşdü. Məscid də bizimdir, Allah da bizimdir, iş də bizimdir. Məsələ odur ki, elm olmasa, çox çətin olar.

- Amma bəzi hallarda elm adamlarının sosial şəraiti ağır olur və sıradan bir biznesmen elm və təhsil adamından daha yaxşı qazanır…

- Son zamanlar görürsünüz ki, elm və təhsil naziri qərar verdi ki, xaricdə oxuyanlar Azərbaycanda imtahan verəndən sonra işə qəbul olunacaq. Kütlə gedib, diplom alır, sonra işləmək istəmir, amma iddia edir ki, təhsili var. Ona görə də Azərbaycan inkişaf edə bilmir və insanlar işsiz qalırlar.

- Xaricdə təhsil almaq üçün istedadı olub, maddi imkanı olmayan şəxslər sizə müraciət edirlərmi, onlara dəstək göstərirsinizmi?

- Belə hallar çox olub. O qədər belə adamlara yardımlar göstərmişik ki…

İsfəndiyar Axundov “danışa bilmirəm” deyib, dəstəyi asır...

Aydın Baxış

Избранный
6
1
bakivaxti.az

2Источники