RU

Qazaxıstanda süni intellekt naziri təyin edildi

BAKI, 29 sentyabr. TELEQRAF

Jaslan Madiyev Qazaxıstan baş nazirinin müavini, süni intellekt və rəqəmsal inkişaf naziri təyin edilib.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Dövlət başçısının sərəncamı ilə Jaslan Xasenoviç Madiyev Qazaxıstan Respublikası baş nazirinin müavini - süni intellekt və rəqəmsal inkişaf naziri təyin edilib”, - məlumatda deyilir.

Xatırladaq ki, Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi Qazaxıstanda yeni yaradılmış qurumdur.

Избранный
32
2
teleqraf.com

3Источники