Braziliyalı vinger Savinyo “Mançester Siti” ilə uzunmüddətli müqaviləsini yeniləyib.
Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
Yeni anlaşmaya əsasən futbolçu 2031-ci ilin iyun ayınadək İngiltərə klubunda çıxış edəcək.
Məlumata görə, müqavilə ilə bağlı bütün sənədlər artıq təsdiqlənib və Savinyo rəsmi olaraq “Mançester Siti”də qalacaq.