RU

Üçqat dünya çempionu 48 yaşında vəfat etdi

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

Rusiya Federasiyasının əməkdar idman ustası İrina Sinetkaya 48 yaşında vəfat edib.

İdman.biz xəbər verir ki, bu barədə Rusiya Boks Federasiyasının mətbuat xidməti məlumat yayıb.

“İrina Sinetkayanın ölümü boks üçün böyük itkidir. Onun artıq aramızda olmaması ağır və acı bir hissdir. İrina Vladimirovnanın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Onun xatirəsi həmişə bizimlə qalacaq”, – deyə açıqlamada bildirilir.

Qeyd edək ki, Sinetkaya üçqat dünya, beşqat Avropa və 11 dəfə Rusiya çempionu olub.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
14
1
icma.az

2Источники