RU

Bakıda İqlim Fəaliyyəti Həftəsi keçirilir

BAKI, 29 sentyabr. TELEQRAF

Paytaxtda Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2025) fəaliyyətə başlayıb.

Teleqraf xəbər verir ki, oktyabrın 3-dək davam edəcək tədbir COP29-un yüksək səviyyəli çempionu Nigar Arpadarainin himayəsi altında baş tutur.

BCAW 2025 London İqlim Həftəsi ilə tərəfdaşlıq çərçivəsində keçirilir və COP29-un yaratdığı dinamikanı davam etdirərək Bakı İqlim Həftəsini iqlim həlləri icmasının əsas regional toplantısı kimi möhkəmləndirməyi hədəfləyir.

Bakı İqlim Həftəsi 2025 çərçivəsində biznes və sənaye nümayəndələri, beynəlxalq institutlar, akademik dairələr və mütəxəssislər, vətəndaş cəmiyyəti, gənclər və digər iştirakçılar bir araya gələrək mövcud dinamikanı davam etdirəcəklər.

Избранный
48
teleqraf.com

1Источники