RU

Ağcabədidə qəza - Sürücü ağır xəsarət aldı

AĞCABƏDİ, 29 sentyabr. TELEQRAF

Ağcabədidə yol nəqliyyat hadisəsi zamanı sürücü ağır xəsarət alıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, yol nəqliyyat hadisəsi rayonun Muğanlı kəndində baş verib.

1984-cü il təvəllüdlü Salman Alıyev idarə etdiyi "VAZ"2107 markalı 05 BX 026 dövlət nömrəli avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil yol kənarındakı elektrik xəttinin dəmir şalbanına çırpılıb. Qəza zamanı S.Alıyev Ağır xəsarət alaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. S.Alıyevin hərbçi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır

Избранный
20
6
teleqraf.com

7Источники