RU

Bugün AŞ PA nın sessiyası başlayır Türkiyədə insan haqlarının durumundan danışılacaq

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Bugün Fransanın Strasburq şəhərində AŞ PA-nın payız sessiyası işinə başlayacaq.

Qurumdan Gununsesi.info-ya göndərilən məlumata görə, sessiyanın gündəliyinə “Qəzzadan reportaj hazırlayan jurnalistlərin həyatının müdafiəsi” və Rusiya Federasiyası tərəfindən əsirlikdə olan ukraynalı jurnalistlərin azad edilməsi üçün səylərin gücləndirilməsinin zəruriliyi ilə bağlı müzakirələr daxildir. Sentyabrın 29-da veriləcək 2025-ci il Vatslav Havel İnsan Hüquqları Mükafatı üçün üç jurnalist də qısa siyahıya düşüb.

Qeyd edək ki, onlar arasında hazırda həbsdə olan jurnalist Ülvi Həsənli də daxildir.

Assambleya, həmçinin Ukrayna üzrə Beynəlxalq İddialar Komissiyasının yaradılması haqqında Konvensiya layihəsinə və serial şəklində audiovizual əsərlərin birgə istehsalına dair Avropa Şurasının konvensiyasının layihəsinə dair rəylər qəbul edəcək.

Sessiyada, həmçinin Türkiyədə demokratiya və insan haqlarının durumuna dair debatlar olacaq.

Onu da xatırladaq ki, Azərbaycan nümayəndə heyəti 2 ildir ki,  Parlament Assambleyasının işində iştirak etmir.

Pərviz Həşimli 

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
4
icma.az

1Источники