RU

Madridlilər “Kayrat” haqqında heç nə bilmir

Madrid “Real”ının UEFA Çempionlar Liqasının ikinci turunda Qazaxıstan təmsilçisi “Kayrat”la keçirəcəyi oyun öncəsi ispaniyalı jurnalist Huan Kastro maraqlı açıqlamalar verib.

İdman.biz xəbər verir ki, Kastro “Real” üçün əsas çətinliyi rəqibin gücündən çox, məsafənin uzunluğunda görür.

O, hesab edir ki, 12 saatlıq uçuş komanda üçün böyük problemdir: "Qazaxıstana səfər, demək olar ki, Meksika və ya Argentinaya uçuşla eynidir. Yol həm gedərkən, həm də qayıdanda çox vaxt aparacaq”.

Jurnalist əlavə edib ki, Madrid ictimaiyyəti “Kayrat” haqqında demək olar ki, heç nə bilmir: “Madriddə yalnız məsafə və uçuşun uzunluğundan danışılır. Amma azarkeşlər əmindirlər ki, ‘Real’ bu görüşdə çətinlik çəkmədən qələbə qazanmalıdır”.

Qeyd edək ki, matç sentyabrın 30-da Almatıda keçiriləcək.

İdman.biz

Избранный
31
1
idman.biz

2Источники