RU

“American Airlines” şirkətinin işçiləri təyyarənin şassi bölməsində cəsəd tapıblar

ain.az, Apa.az portalına istinadən məlumat verir.

“American Airlines” şirkətinin əməkdaşları şirkətə məxsus təyyarənin şassi bölməsində gizlənmiş şəxsin cəsədini aşkar ediblər.

APA xəbər verir ki, bu haqda “CBS News” telekanalı məlumat yayıb.

Məlumata görə, təyyarə Avropadan Şarlotta beynəlxalq hava limanına gəlib.

Cəsəd texniki qulluqçular tərəfindən təyyarəyə texniki qulluq zamanı aşkar edilib.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları şəxsin öldüyünü müəyyən ediblər.

Məlumatda bildirilir ki, bu, 2025-ci ildə ən azı ikinci hadisədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
34
3
apa.az

4Источники