RU

Zəfər xronikası. 29 sentyabr 2020-ci il: Prezident İlham Əliyev “60 dəqiqə” proqramında sualları cavablandırıb (FOTO/VİDEO)

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.

2020-ci il sentyabrın 29-da "Rossiya-1" telekanalında yayımlanan"60 dəqiqə" proqramında Azərbaycan-Ermənistan təmas xəttində başverən son hadisələrə həsr olunan veriliş efirə gedib.

Verilişdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın başnaziri Nikol Paşinyan aparıcıların suallarını cavablandırıblar.

Verilişin aparıcıları birinci olaraq sualları AzərbaycanPrezidenti İlham Əliyevə ünvanlayıblar.

Aparıcı: Cənab Prezident, sağ olun ki, bu müsahibəniverməyə razılaşmısınız. İndi birbaşa cəbhədə nələr baş verir, artıqaviasiyadan istifadə edilməsi barədə məlumat alınır.

Prezident İlham Əliyev: Cəbhədə vəziyyətgərgindir. Ermənilərin sentyabrın 27-də səhər başladıqları hərbitəxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və bizimdöyüş mövqelərimiz şiddətli artilleriya atəşinə məruz qalıb. Butəcavüz nəticəsində Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaqhəlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var. Biztəcavüzkara adekvat cavab verməyə və beləliklə, öz xalqımızı, özadamlarımızı və torpağımızı müdafiə etməyə məcbur idik. Beləliklə,artıq üçüncü sutkadır ki, şiddətli döyüşlər gedir, bu döyüşlərnəticəsində Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələriniişğaldan azad edib, həmçinin müxtəlif istiqamətlərdə stratejiyüksəklikləri tutub. Bu gün vəziyyət elədir ki, fəal döyüşəməliyyatları aparılır.

Aparıcı: İlham Heydər oğlu, xahiş edirəm Türkiyəninrolunu izah edin. Ankara Prezidentin və Xarici İşlər nazirininşəxsində rəsmən bəyan edib ki, döyüş meydanında Sizə köməkedəcək.

Prezident İlham Əliyev: Hesab edirəm ki,Türkiyənin rolu regionda sabitləşdirici xarakter daşıyır. Türkiyəbizə qardaş ölkə və bizim müttəfiqimizdir. Ermənistanın Azərbaycanahücum etməsini dünya ictimaiyyətinin bildiyi ilk saatdan etibarənTürkiyə dövlət başçısı və digər rəhbərlər səviyyəsində birmənalıolaraq Azərbaycanı dəstəklədiyini, beynəlxalq hüququ dəstəklədiyinibildirib. Ona görə ki, Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycanərazisini işğalda saxlamaqla beynəlxalq hüququ kobud şəkildə pozur.Türkiyənin rolu, əslində, məhz bundan ibarətdir, başqa heç bir roluyoxdur. Türkiyə bizə mənəvi dəstək göstərir və biz Türkiyərəhbərliyinə, Türkiyə Prezidentinə və türk xalqına bizimlə həmrəyolduğuna və bizi dəstəklədiklərinə görə təşəkkür edirik. GuyaTürkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə ermənitərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır, indikidildə desək bu, feyk-nyusdur. Türkiyənin münaqişədə iştirakı barədəheç bir sübut yoxdur və buna zərurət yoxdur. Azərbaycan Ordusu özxalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayətqədər hazırlıqlıdır.

Aparıcı: İlham Heydər oğlu, beləliklə, Siz belə birinformasiyanı təsdiq etmirsiniz, üstəlik onu təkzib edirsiniz ki,bir saat bundan əvvəl Türkiyə Hərbi Hava Qüvvələri Ermənistan HərbiHava Qüvvələrinə məxsus təyyarəni vurub. Söhbət F-16 və SU-25təyyarələrindən gedir.

Prezident İlham Əliyev: Bizim bu barədəməlumatımız yoxdur. Lap yaxın vaxtda mənə məruzə ediblər ki,informasiya məkanında belə bir xəbər yayılıb. O, heç nə ilə təsdiqedilməyib. Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri döyüşəməliyyatlarında heç bir şəkildə iştirak etmir. Bilirsiniz ki, bugün müasir texnologiyaları nəzərə alsaq nəyisə gizlətmək çoxçətindir. Çünki obyektiv müşahidə formaları var, peyk müşahidələrivar və ona görə də bunun növbəti təxribat olmasını yoxlamaq çoxasandır. Erməni tərəfin bu cür yalan xəbərlər yaratmaqda məqsədibizə aydındır. Əvvəla, öz ərazi bütövlüyünün bərpası vəzifəsinihazırda şərəflə yerinə yetirən Azərbaycan Ordusunun döyüşqabiliyyətini süni şəkildə azaltmaq, həmçinin belə təsəvvüryaratmaq ki, münaqişə genişlənir, ona üçüncü ölkələr qoşulur vəbeləliklə, öz təxribatına haqq qazandırmaq üçün mümkün qədər çoxölkə cəlb etməyə çalışmaq. Buna görə sizə məsuliyyətlə bəyan edirəmki, Türkiyə münaqişə tərəfi deyil, münaqişədə heç bir şəkildəiştirak etmir və buna zərurət yoxdur.

Aparıcı: İlham Heydər oğlu, Sizin ölkəniz Ermənistantərəfindən bir neçə rayonun azad edilməsini nəzərdə tutan Kazanformuluna və ya hər hansı başqa formula tərəf meyil etməyəhazırdırmı? Prinsip etibarilə indi nə etmək olar? Otuz il ərzindəQarabağ münaqişəsinin gah alovlanması, gah da közərməsi şəraitindənecə dönüş etməli? Nə etməli?

Prezident İlham Əliyev: Bilirsiniz, Azərbaycandanışıqlarda həmişə konstruktivlik nümayiş etdirib. Vasitəçilikmissiyası üçün cavabdeh olan Minsk qrupunun həmsədrləri də bunutəsdiq edə bilərlər. O cümlədən son iki ildə mən dəfələrlə və başqaməsul şəxslər səviyyəsində bəyan etmişik ki, biz illər boyu işlənibhazırlanmış, Minsk qrupunun və onun həmsədrlərinin danışıqlarprosesi üçün əsas hesab etdikləri nizamlama prinsiplərinə sadiqik.Üstəlik son iki ildə və bundan əvvəl də dəfələrlə bəyan etmişik ki,biz danışıqların formatına da sadiqik. Danışıqlar Ermənistan iləAzərbaycan arasında aparılır. Münaqişənin yalnız iki tərəfi var.Bəzən münaqişədən söhbət gedəndə bütün tərəflər haqqındadanışırlar. Bu, düzgün anlayış deyil. Bütün tərəflər yoxdur, yalnıziki tərəf var - Ermənistan və Azərbaycan. Lakin son illər ərzində,Ermənistandakı indiki hakimiyyətin törətdiyi Soros çevrilişindənsonra nələr baş verib? Ermənistanın baş naziri açıq-aşkar bəyanedir ki, "Qarabağ Ermənistandır və nöqtə". Belə olan halda hansıdanışıqlar prosesindən söhbət gedə bilər. Axı, ATƏT-in Minsk qruputərəfindən işlənib hazırlanmış prinsiplərin mahiyyəti ondanibarətdir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakıərazilər Azərbaycana verilməlidir. Lakin Ermənistanın baş nazirideyir ki, "Qarabağ Ermənistandır" və üstəlik, deyir ki, bizdanışıqları Dağlıq Qarabağın oyuncaq rejimi ilə aparmalıyıq.Beləliklə, danışıqların artıq 20 ildən bəri mövcud olan formatınıdəyişməyə çalışır. Deməli, Ermənistan bilərəkdən danışıqlarprosesini pozur, qəbuledilməz tələblər irəli sürür və əgər Minskqrupu son vaxtlar nizamlamaya kimin əngəl olması barədə daha fəaldanışmağa başlayırsa, sentyabrın 27-də, bundan əvvəl isə iyulun12-də olduğu kimi, təxribatlar törədirlər. Bizim dövlətsərhədindəki mövqelərimizə hücum edilib. Sonra avqustun 23-dəErmənistanın təxribat qrupu tutulub, bu qrupun başçısı təmasxəttində saxlanılıb. Bütün bunlar Azərbaycanı təqsirləndirmək,sonra üçüncü tərəfləri cəlb etmək və beləliklə, danışıqlarprosesini pozmaq üçün edilir. Ona görə ki, erməni tərəfistatus-kvonu saxlamaq istəyir. ATƏT-in Minsk qrupunun həmsədrləriisə Rusiya, Fransa və ABŞ-ın dövlət başçılarının şəxsində dəfələrləbəyanatlar veriblər ki, status-kvo qəbuledilməzdir. Bu isə odeməkdir ki, işğal altında olan ərazilər Azərbaycanaqaytarılmalıdır. Biz danışıqlara sadiqik, lakin Ermənistantərəfindən tamamilə əks hərəkətlər görürük.

Aparıcı: Cənab Prezident, xahiş edirəm deyin, bazar gününə baş verib, bu qədər genişmiqyaslı və qanlı qarşıdurmaya təhrikedən nə olub?

Prezident İlham Əliyev: Bilirsinizmi, bazargünü baş verən hadisələrə Ermənistan artıq bir neçə ay idi ki,hazırlaşırdı. Əgər siz onların hərəkətlərinin və bəyanatlarınınxronologiyasını izləsəniz aşkar görərsiniz ki, onlar bu təxribataşüurlu şəkildə gedirdilər. Bu yaxınlarda, BMT Baş Assambleyasınıntribunasından çıxış edərkən mən açıq demişəm ki, Ermənistanmüharibəyə hazırlaşır və onu dayandırmaq lazımdır. İyul ayındaonlar bizim dövlət sərhədindəki yaşayış məntəqələrimizə silahlıhücum etdilər. Bu, münaqişə zonasından uzaq bir yerdir. O vaxt birdinc sakin və bir neçə hərbi qulluqçu həlak oldu. Döyüşlər dörd gündavam etdi və Ermənistan ərazisində bizim heç bir hərbi hədəfimizolmayıb və yoxdur. Buna görə də Ermənistan silahlı qüvvələri bizimərazidən çıxarılandan dərhal sonra qarşılıqlı razılaşmaya əsasənatəş dayandırıldı. Daha sonra mənim dediyim kimi, təxribat qrupubizim ərazimizə soxuldu, həmin qrup neytrallaşdırıldı. Sonra ermənitərəfi açıq-aşkar, nümayişkaranə şəkildə əslən Livandan olanermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində və qədim Şuşaşəhərində məskunlaşdırılmasını elan edir, bu da müharibəcinayətidir. Bu, Cenevrə Konvensiyasının pozulması deməkdir. Bununümayişkaranə şəkildə edirlər. Sonra onlar Şuşada – Azərbaycanmədəniyyətinin qədim incisində cinayətkar Dağlıq Qarabağ rejimininqondarma başçısının qondarma inauqurasiyasını keçirirlər. Bütünbunlar bizə qarşı şüurlu provokasiyalar, bizi münaqişəyə cəlb etməkvə cavab hərəkətlərinə təhrik etməkdir. Biz təmkin, konstruktivlikvə sağlam düşüncə nümayiş etdirdik, lakin onların niyyətləri baştutmayanda bu cür cəhd göstərdilər. Üstəlik, daha bir səbəbErmənistanda mövcud olan daxili siyasi böhrandır. Axı, bu günErmənistanda Soros rejimi mövcuddur. Belarusda baş tutmayançevriliş iki il bundan əvvəl Yerevanda baş tutdu. Bu gün Paşinyanınşəxsində Ermənistanın rəhbəri Sorosun əlaltısıdır. Bu adam çoxluvədlər verib və bu vədləri yerinə yetirə bilmir, əslində, ölkəböhran içindədir.

Beləliklə, ona bir xarici amil, necə deyərlər, qarışıqlıq lazımidi ki, əhalinin diqqətini yayındırsın, o da bunu edə bildi. Onlarnövbəti dəfə bizə hücum etməzdən düz iki gün əvvəl Ermənistanınəsas müxalifət partiyasının lideri həbs edildi. Yəni, Paşinyanındiktator, despotik rejimi öz ölkəsindəki bütün müxalifəti məhvedirdi və indi Azərbaycan xalqına qarşı yenidən təcavüz nümayişetdirir.

Aparıcı: Sizin mövqeyiniz aydındır. Çox sağ olun.Mümkündürsə lap qısa cavab verin: hə, ya yox. İndi cəbhədəSuriyadan olan muzdlular varmı?

Prezident İlham Əliyev: Yoxdur. Bu, növbətifeyk-nyusdur. Suriyadan heç bir muzdlu yoxdur. Bu barədə heç birfakt, heç bir sübut yoxdur. Bunu erməni təbliğatı ortaya atıb vəmüxtəlif saytlarda, müxtəlif kütləvi informasiya vasitələrində dövredir. Buna heç bir ehtiyac yoxdur. Azərbaycanın hazırlıqlı ordusuvar, çox böyük səfərbərlik ehtiyatı var. Dünən mən qismənsəfərbərlik elan etmişəm. Biz 2 milyon əhalisi olan Ermənistanaqarşı 10 milyon əhalidən 10 minlərlə ehtiyatda olanları orduyaçağırırıq, bizim insan ehtiyatlarına ehtiyacımız yoxdur. Buna görədə biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağaqabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin.

Aparıcı: Çox sağ olun. İlham Əliyev bizimlə Bakıdanəlaqədə idi. Sizə cansağlığı arzulayırıq, görüşənədək. Çox sağolun.

Prezident İlham Əliyev: Sağ olun.Görüşənədək.

Aparıcı: İndi biz Yerevanla əlaqəyə çıxırıq.Ermənistanın lideri, Ermənistanın baş naziri Nikol Paşinyan bizəqoşulur. Salam, Nikol Vovayeviç. İlk növbədə, biz istərdik ki, indinələr baş verdiyini şərh edəsiniz. Çox həyəcanlı xəbərlərgəlir.

Nikol Paşinyan: Bu gün səhər belə bir xəbəraldıq ki, Azərbaycan bilavasitə Ermənistan Respublikasınınərazisindəki kəndləri bombalayıb. Bundan əvvəl isə sentyabrın 27-dəAzərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağa qarşı tammiqyaslıhərbi təcavüzə başlayıblar. Onlar artıq üç gündür ki,artilleriyadan və yaylım atəşi sistemlərindən istifadə etməkləDağlıq Qarabağın yaşayış məntəqələrini bombalayırlar. Təəssüf ki,bizdə həm hərbçilər, həm də mülki əhali arasında həlak olanlar var.Çox mühüm məqam ondan ibarətdir ki, Türkiyə faktiki olaraq buprosesə cəlb edilib. Bizdə olan mötəbər informasiyaya görə, hərbitəlimatçılar və yüksək vəzifəli hərbçilər indi Azərbaycanın komandaməntəqələrindədirlər və bəzi yerlərdə hətta hərbi əməliyyatlararəhbərlik edirlər. Daha bir mühüm məqam. Artıq beynəlxalq mətbuatdaçoxsaylı materiallar dərc edilib ki, Türkiyə Suriya ərazisindənmuzdluları cəlb edir, onları Dağlıq Qarabağa və ErmənistanRespublikasına qarşı müharibədə iştirak etmək üçün Azərbaycanaaparır. Yeri gəlmişkən, belə bir məlumat da var ki, Azərbaycanınyaşayış məntəqələrində bu muzdlularla yerli sakinlər arasında artıqbəzi toqquşmalar baş verib. Ona görə ki, bu muzdlular həminkəndlərdə şəriət qanunları tətbiq etməyə çalışır, mağazalaragirərək tələb edirlər ki, bu mağazalar alkoqollu məhsullar satışınıdayandırsınlar və s. və ilaxır.

Aparıcı: Cənab Paşinyan, indicə xəbər gəldi ki,Türkiyənin F-16 təyyarəsi Ermənistan silahlı qüvvələrinin Su-25təyyarəsini vurub. Özü də bu xəbər Ermənistan Müdafiə Nazirliyinəistinadla gəlib ki, pilot həlak olub. Bu xəbər sizə məlumdurmu?Yəni, Ermənistan və Türkiyə təyyarələri artıq göydətoqquşur?

Nikol Paşinyan: Bu, artıq faktdır və mənimdediyimi bir daha sübut edir. Bilirsinizmi aşkardır ki, həmErmənistan, həm də Dağlıq Qarabağ erməniləri bilavasitə Türkiyənintəhdidi altındadırlar. Bizdə olan məlumata görə, Türkiyə bumünaqişəyə daha geniş qoşulmaq üçün bəhanə axtarır. Bizdə olanməlumata görə, onlar öz qoşunlarını Naxçıvana gətirmək üçün bəhanəaxtarırlar. Bu, Azərbaycanın Türkiyə, Ermənistan və İranlahəmsərhəd anklavıdır. Hərçənd bizdə məlumat var ki, TürkiyəOrdusunun bəzi bölmələri artıq oradadır. Ümumiyyətlə, burada heçbir sirr yoxdur. Ona görə ki, Türkiyə qoşunları artıq avqustayından Azərbaycandadırlar. Onlar birgə hərbi təlimlərə başlayıblarvə bu məsələ həmin hərbi təlimlərin davamı kimi başlanıb.

Aparıcı: Nikol Vovayeviç, indi artıq bir çox ekspertlərDağlıq Qarabağda hazırda baş verənlərin hamısını çox sərt şəkildəifadə və izah edirlər. Müharibə sözü səslənir. Bu sözdən istifadəetmək nə dərəcədə korrektdir, nə dərəcədə yerinə düşür və indi qantökülməsinə son qoymaq və atəşi dayandırmaq üçün nə isə etməkolarmı?

Nikol Paşinyan: Əlbəttə, sualınız korrektdir.Ona görə ki, müharibə gedir. Çoxlu dağıntılar, insan tələfatı varvə olduqca çox sayda hərbi qulluqçu cəlb edilib. Bu, bizim üçün çoxmühüm məqamdır. Bildiyiniz kimi, XX əsrin əvvəlində XX əsrin ilksoyqırımı baş verib. Bu, Osmanlı imperiyasında baş verib və busoyqırımının qurbanı erməni xalqı olub. Ona görə biz hamımız bunuxalqımız üçün ekzistensial təhdid kimi qəbul edirik. Faktiki olaraqbiz bunu erməni xalqına elan edilmiş müharibə kimi qəbul edirik.İndi bizim xalqımız, sadəcə, özünümüdafiə hüququndan istifadəetməyə məcburdur. Nə etmək olar? Beynəlxalq birlik Azərbaycanıntəcavüzkar hərəkətini və təcavüzünü qətiyyətlə pisləməlidir.Türkiyənin hərəkətləri pislənməlidir. Tələb etmək lazımdır ki,Türkiyə ümumiyyətlə bu regiondan çıxsın. Ona görə ki, TürkiyəninCənubi Qafqazda hərbi iştirakı heç bir yaxşı şey vəd etmir. Bu,münaqişənin daha da genişlənməsinə və bu hərbi əməliyyatların, bumüharibənin miqyasının artmasına gətirib çıxara bilər. İndibeynəlxalq birlik Türkiyəni Cənubi Qafqazdan çıxmağa məcbur etməkvə Azərbaycanı təcavüzü, təcavüzkar hərəkətlərini, hərbiəməliyyatları dayandırmağa məcbur etmək üçün konkret səygöstərməlidir.

Aparıcı: Cənab baş nazir, sizi daha ləngitməyəcəyik.Bilirik ki, siz hərbçilərlə müşavirəyə tələsməlisiniz. Çox qısa birsual. Hazırda danışıqların hansı formatları işləyə bilər? Yoxsabütün əvvəlki razılaşmalar artıq keçmişdə qalıb? Şərti mənadadesək, sizin bir neçə rayonu azad etməyinizi nəzərdə tutan Kazanformatı, bütün bu razılaşmalar silinib, yoxsa həmin formatlar üzrəhələ hərəkət etmək olar?

Nikol Paşinyan: Bilirsinizmi, danışıqlarınformatı məsələsinə gəldikdə, biz belə təsəvvür edirik ki,danışıqlar prosesi harada başlanmışdısa elə orada davam etməlidir.Bu, ATƏT-in Minsk qrupunun həmsədrliyi formatıdır. Konkretdanışıqlara gəldikdə isə, danışıqlar üçün müvafiq şərait olmalıdır.Konkret hərbi əməliyyatlar getdiyi vaxtda danışıqlar barədə,xüsusən onların məzmunu barədə danışmaq çox çətindir. İlk növbədə,zorakılığı dayandırmaq və Azərbaycan bu formulu qəbul etməlidir ki,Dağlıq Qarabağ probleminin hərbi həlli yoxdur. Axı, bu müharibəsıfırdan başlamayıb. Azərbaycan hökuməti uzun müddətdir ermənilərəqarşı nifrət ritorikasını inkişaf etdirir və beynəlxalq çağırışlararəğmən uzun müddətdir hədə-qorxu gəlir ki, Dağlıq Qarabağməsələsini hərbi yolla həll etməyə hazırlaşır. Ümidvaram, heçolmasa indiki hadisələr və indi yaranmış vəziyyət Azərbaycanıinandıracaq ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həlliyoxdur.

Ona görə ki, Azərbaycan Silahlı Qüvvələri öz vəzifələrini yerinəyetirə bilməyiblər. Mənə belə gəlir ki, hərbi-siyasi rəhbərlikhərbi mənada cəbhədə heç bir uğur qazana bilməyib. Yəni, onlar özməsələsini həll edə bilməyiblər. Ümidvaram, bu, Azərbaycanıinandıracaq ki, bu münaqişənin hərbi həlli yoxdur. Dağlıq Qarabağmünaqişəsi üçün yalnız dinc və danışıqlar yolu ilə həll var.İstənilən həll təkcə Azərbaycan üçün deyil, həm də Ermənistan üçün,Dağlıq Qarabağ üçün məqbul olmalıdır. Qeyd etmək istəyirəm ki, mənbaş nazir olanda bu münaqişənin həlli üçün konkret formul təklifedirdim və yenə davam edirəm, istənilən həll Ermənistan üçün,Dağlıq Qarabağ üçün və Azərbaycan üçün məqbul olmalıdır. Ölkələrinadlarının çəkilməsi ardıcıllığının heç bir mənası yoxdur. Mən onunəzərdə tuturam ki, bu qərar eyni dərəcədə məqbul olmalıdır vətəəssüf ki, Azərbaycan Hökuməti, Azərbaycan Prezidenti yalnızAzərbaycan üçün məqbul olan həllə nail olmaq istəyir. Bu, mümkündeyil. Kompromis lazımdır və kompromis üçün şərait lazımdır. Bununüçün Azərbaycan Dağlıq Qarabağa və Ermənistana qarşı təcavüzüdərhal dayandırmalıdır. Çünki bunu Azərbaycan başlayıb. Yerigəlmişkən, bu, əvvəlcədən planlaşdırılmış əməliyyat idi. Əsla şübhəyoxdur ki, bu əməliyyat Türkiyə Silahlı Qüvvələri ilə birgə hərbitəlimlər zamanı planlaşdırılıb. Sağ olun.

Aparıcı: Çox sağ olun. Gəlin bunu əsas götürək ki, həllvariantı Ermənistan və əlbəttə ki, Azərbaycan üçün həqiqətən məqbulolmalıdır. Münaqişənin həlli üçün heç bir hərb variantı yoxdur.Yalnız siyasət və diplomatiya. Sağ olun.

X X X

Beynəlxalq ictimaiyyət qarşısında çıxış edərkən indiyədəkdəfələrlə rəzil duruma düşən Nikol Paşinyan bu dəfə də ənənəsinipozmadı. Verilişin aparıcılarının sualları qarşısında aciz qalanErmənistanın baş naziri yenə də çıxışında heç bir faktaəsaslanmayan yalan və uydurmalar söylədi.

Sonra müzakirələrdə siyasi və hərbi ekspertlər iştiraketdilər.

"Natsionalnaya oborona" jurnalının baş redaktoru İqorKorotçenko:

- Mən Azərbaycan və Ermənistan liderlərinin çıxışlarını diqqətlədinlədim. İlham Əliyev şərtsiz olaraq dəqiq, tamamilə məntiqli,düzgün, ardıcıl çıxış etdi. Bu, MDBMİ məktəbidir. MDBMİ doğrudan daböyük kadrlar yetişdirir. İndi isə deyilənlərin mahiyyətinə gələk.Prezident Əliyev haqlıdır və tamamilə ədalətli olaraq dedi ki,peyk, elektron, kəşfiyyat texnologiyalarının müasir inkişafsəviyyəsini nəzərə alsaq, Azərbaycan ərazisinə doğrudan da türkqırıcıları göndərilsəydi bu faktı gizlətmək mümkün deyildi. Bunupeyk kəşfiyyatı olan istənilən ölkə aşkar edə bilər. Bu gün isəDağlıq Qarabağ bölgəsi dünyanın bütün aparıcı ölkələrinin sıxmüşahidəsi altındadır. Həmkarlarımın diqqətini bir məqama çəkməkistərdim. Biz hamımız beynəlxalq hüququn tərəfdarıyıq. Beynəlxalqhüquq nöqteyi-nəzərindən, döyüş əməliyyatları Azərbaycanınərazisində, Azərbaycan hərbi qüvvələri və erməni hərbi birləşmələriarasında aparılır.

Zəfər
Zəfər
Məqalədə:
Избранный
25
1
az.trend.az

2Источники