RU

Zəfər xronikası. 29 sentyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində paylaşım edib (FOTO)

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.

2020-ci il 29 sentyabr tarixində Birinci vitse-prezidentMehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində paylaşım edib.

Paylaşımda deyilir:

"Azərbaycan dövləti heç vaxt başqasının torpaqlarına iddialıolmayıb, heç zaman insanlığa qarşı cinayət törətməyib. AzərbaycanOrdusu başqa dövlətin torpaqlarına ayaq basmayıb, o, doğmatorpağını qoruyur və onun uğrunda döyüşür!

Ermənistanın növbəti silahlı təxribatına cavab verildi!Azərbaycan Ordusu öz Vətənini müdafiə edərək, uğurlu əks-hücuməməliyyatı keçirir və Azərbaycanın işğal altında olan əraziləriniazad edir.

Azərbaycan dövlətinə və xalqına dəstək olaraq öz prinsipial vəədalətli mövqeyini nümayiş etdirən bütün insanlara, təşkilatlara vədövlətlərə dərin təşəkkürümü bildirirəm. İlk növbədə, qardaşTürkiyə xalqına və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğanaminnətdaram. Onların həmrəyliyi və mənəvi dəstəyi bu gün hər birazərbaycanlıya qürur hissi yaşadır.

Azərbaycanın bütün əsgərlərinin, zabitlərinin həyatı vəsağlamlığı üçün dua edirəm!

Bu gün biz azərbaycanlılar niyyətimizlə, hərəkət və dualarımızlamisli görülməmiş birlik göstəririk. Ulu Tanrı Azərbaycan xalqınaonun müqəddəs mübarizəsində yar olsun!

Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağınıöpməyi nəsib etsin!

Allah şəhidlərimizə rəhmət etsin! Qəbirləri nurla dolsun!"

Zəfər
Zəfər
Zəfər
Məqalədə:
Избранный
22
1
az.trend.az

2Источники