RU

Ağstafa məktəbliləri “Mind Odyssey” turnirinin qalibi oldu - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Mind Odyssey" regional intellektual turnir layihəsi çərçivəsində keçirilən intellektual yarışa  yekun vurulub. 

QHT.az xəbər verir ki, qrup mərhələrində ən yaxşı nəticə göstərmiş on komanda 27 sentyabr tarixində yarımfinalda mübarizə aparıblar. 

  • İlk olaraq, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımız bir dəqiqəlik sükutla yad edilib.
  • Daha sonra yarışa start verilib. Səsləndirilən 15 suala ən çox doğru cavab verən “Nirvana”, “Vurğun”, “Kosmos” və “Viktoriya” komandaları finalda oynamaq hüququ qazanıblar.
  • Eyni gündə təşkil olunan final görüşündə isə Ağstafa məktəbliləri hamıdan güclü olublar. Belə ki, Ağstafa rayon Həsənsu kənd A.Mustafayev adına tam orta məktəbin “Viktoriya” komandası bütün rəqiblərini qabaqlayaraq, turnirin kubokunu başı üzərinə qaldırıb. Qazax şəhər İ.Qayıbov adına 3 saylı tam orta məktəbin “Kosmos” və  Qazax rayon Çaylı kənd E.Cəfərov adına 2 saylı tam orta məktəbin “Nirvana” komandaları isə müvafiq olaraq II və III yerləri tutublar. Hər üç komandanın üzvləri müvafiq diplomlarla təltif olunub.. 

Qeyd edək ki, "Mind Odyssey" regional intellektual turnir layihəsi 1 sentyabr tarixində start götürüb və 31 oktyabr tarixində yekunlaşacaqdır.

Избранный
65
7
qht.az

8Источники