RU

Gəncədə iki avtomobil toqquşdu: Üç nəfər yaralandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Gəncə şəhərində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər xəsarət alıb.
Oxu.Az xəbər verir ki, qəza şəhərin "aeroport yolu" adlanan ərazisində qeydə alınıb.
Hadisə zamanı iki minik avtomobili toqquşub. Nəticədə, Gəncə sakinləri - 1989-cu il təvəllüdlü Əzim Atakişiyev, 2004-cü il təvəllüdlü Natiq Əsgərov və Samux rayon sakini, 2001-ci il təvəllüdlü Vüqar Axundzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onların vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisə ilə bağlı araşdırma davam edir.
Избранный
18
4
oxu.az

6Источники