RU

Türkiyədə futbol hakimi matç öncəsi bıçaqlanıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyənin 3-cü liqasında bu axşam keçiriləcək "Altay" - "Eskişehirspor" matçının köməkçi hakimlərindən olan Emre Kaya qaldığı hotelin qarşısında bıçaqlanıb.
Oxu.Az DHA-ya istinadən xəbər verir ki, hadisə Konak rayonu Alsancak məhəlləsində baş verib.
27 yaşlı hakim naməlum səbəbdən mübahisə zamanı sol ayağından bıçaqlanıb. Hücum edən şəxs hadisə yerindən qaçıb, Kaya isə müalicə üçün Alsancak Dövlət Xəstəxanasına aparılıb.
Səhhətinin yaxşı olduğu bildirilən gənc hakim ifadəsində hücum edəni tanımadığını və ona "niyə baxırsan?" sualı ilə hücum etdiyini bildirib.
Matça gəlincə, Kayanın yerinə oyuna digər hakim köməkçisi təyin olunub.
Избранный
13
6
oxu.az

10Источники