RU

“Münhen gözlədiyimdən də gözəl imiş”

“Bavariya”nın futbolçusu Luis Dias Münhenə köçdükdən sonra təəssüratlarını bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "Bild" kolumbiyalı futbolçunun dediklərini belə çatdırıb.

“Şəhər inanılmaz dərəcədə gözəldir. Açığı, bunu gözləmirdim. İnsanlar mənə və ailəmə çox yaxşı münasibət göstərirlər. Burada uşaqlarla məşğul olmaq üçün çox imkan var. Bir neçə dəfə gözəl parklara getmişik, həmçinin restoranlara zövqlə baş çəkirik”

Qeyd edək ki, 28 yaşlı futbolçu cari mövsümdə klub səviyyəsində 8 oyunda meydana çıxıb, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. “Bavariya”ya qədər Dias “Liverpul”, “Portu” və Kolumbiya klublarının şərəfini qoruyub.

Əlavə edək ki, yay transfer pəncərəsində “Liverpul”dan 70 milyon avroya Almaniya nəhənginə keçib.

Избранный
37
90deqiqe.az

1Источники