RU

Bu ölkədə rüşvət alan nazir edam ediləcək

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çinin keçmiş kənd təsərrüfatı naziri Tan Renjian rüşvət alma ittihamı ilə məhkəmə qarşısına çıxarılıb və edam cəzasına məhkum edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Reuters yazıb. Məlumata görə, hökmün icrası iki il müddətinə təxirə salınıb.

Məhkəmənin qərarına əsasən, Tan Renjian 2007–2024-cü illərdə müxtəlif dövlət vəzifələrində ikən 268 milyon yuana yaxın (64 milyon AZN) rüşvət alıb.

Məhkəmə onun siyasi hüquqlarını ömürlük əlindən alıb, bütün şəxsi əmlakını müsadirə edib və əldə olunan qeyri-qanuni gəlirləri dövlətə qaytarıb.

Çində “icrası təxirə salınmış edam hökmü” qaydasına görə, məhkum iki il ərzində yeni cinayət törətməzsə, cəza adətən ömürlük həbs cəzası ilə əvəzlənir.

Elmar

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
25
icma.az

1Источники