RU

Tramp elektronika üçün çiplərə bağlı çevik rüsumlar təklif etdi

ABŞ Prezidenti Donald Trampın administrasiyası xarici elektron qurğulara tətbiq ediləcək rüsumları hər birindəki çip sayına uyğun müəyyən edə bilər.

Redaktor.az xəbər verir ki, bunu "Reuters" üç anonim mənbəyə istinadən yazıb.

Bu yolla ABŞ Prezidenti şirkətləri istehsalı ölkəyə köçürməyə təşviq etmək istəyir.

Mövcud, lakin hələ yekunlaşmamış plana əsasən, ABŞ Ticarət Nazirliyi konkret məhsulda mikrosxemlərin dəyər payına proporsional idxal rüsumu tətbiq edəcək. Agentliyin sorğu apardığı ekspertlərin fikrincə, bu cür rüsumlar noutbuklardan tutmuş elektrik diş fırçalarına qədər çoxsaylı cihazlara şamil oluna bilər və bu da ölkədə inflyasiyanı artıra bilər.

ABŞ Ticarət Nazirliyi xəbərləri şərh etmir. Bununla yanaşı, Ağ Evin rəsmi nümayəndəsi Kaş Desai bildirib: "Amerika milli və iqtisadi təhlükəsizliyimiz üçün vacib olan yarımkeçirici məhsullarının idxalına bel bağlaya bilməz". Onun sözlərinə görə, Tramp administrasiyası mühüm istehsalları ABŞ-yə qaytarmaq üçün tariflərdən, vergi azaldılmasından, derequlyasiyadan və enerji mənbələrinin şaxələndirilməsindən ibarət incə, çoxşaxəli yanaşma həyata keçirir.

Избранный
12
4
redaktor.az

5Источники