Misli Premyer Liqasının 6-cı turu çərçivəsində keçirilən "Sabah" - "Sumqayıt" matçında oyun dayanıb. "Rekord.az" xəbər verir ki, buna səbəb stadionda işıqların sönməsi olub.
Qarşılaşmanın 29-cu dəqiqəsində "Bank Respublika Arena"da elektrik kəsintisi yaşanıb. Matçın bərpa olunmasına qədər komandalar paltardəyişmə otağına yollanıblar.