RU

Azərbaycanın stolüstü tennisçiləri gümüş medal qazanıblar - III MDB Oyunları 

Azərbaycanın stolüstü tennisçiləri III MDB Oyunlarında gümüş medal qazanıblar.


Manset.az xəbər verir ki, Adil Əhmədzadə və Onur Quluzadə qoşa yarışların finalında rusiyalı Yevgeni Vasikov və Yevgeni Dosov cütü ilə qarşılaşıblar.

Rəqibə 3:0 hesabı ilə uduzan idmançılarımız ikinci yerlə kifayətləniblər.

Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Избранный
26
8
manset.az

10Источники