RU

“Sevilya” “Rayo Valyekano”nu məğlub etdi

İspaniya çempionatının VII turunda “Sevilya” səfərdə “Rayo Valyekano”nu 1:0 hesabı ilə üstələyib.

İdman.biz xəbər verir ki, Madriddəki “Valyekas” stadionunda keçirilən matçda qələbə qolunu 87-ci dəqiqədə Akor Adams vurub.

Məhsuldar ötürməni Xose Anxel Karmona edib. Oyunun 90+8-ci dəqiqəsində ev sahibinin forvardı Serxio Kamelyo birbaşa qırmızı vərəqə alıb.

Matias Almeydanın rəhbərliyi altında “Sevilya” 10 xal toplayaraq La Liqa cədvəlində 8-ci yerə yüksəlib. “Rayo Valyekano” isə altı turdur qələbə qazana bilmir və 5 xalla 16-cı sırada qərarlaşıb.

Növbəti turda - oktyabrın 5-də, “Sevilya” evdə “Barselona” ilə qarşılaşacaq, “Rayo Valyekano” isə səfərdə “Real Sosyedad”la üz-üzə gələcək.

İdman.biz

Избранный
3
1
idman.biz

2Источники