RU

Qəzzada ölənlərin sayı 66 mini keçib

İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində fələstinlilər arasında ölənlərin sayı 66 mini keçib.

"Report"un məlumatına görə, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi məlumat yayıb.

"2023-cü il oktyabrın 7-dən bu yana ölənlərin sayı 66 005-ə çatıb və son 24 saat ərzində 79 nəfər ölüb", - nazirliyin açıqlamasında bildirilir.

Bundan əvvəl İsrail ordusu son 24 saat ərzində Qəzzaya təqribən 140 hava hücumu təşkil etdiyini bildirib.
Избранный
22
12
sherg.az

10Источники