RU

Zeynəb Xanlarovanın nəvəsinin toyudur özəl günə kimlər dəvət olunub? ÖZƏL+AÇIQLAMA

Moderator.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bu gün Gülüstan sarayında dünya şöhrətli müğənni, xalq artisti Zeynəb Xanlarovanın nəvəsinin toyudur. Toya qonaq qismində ictimai-siyasi xadimlər, millət vəkilləri və tanınmış sənətçilər dəvət olunub. Hər kəsi maraqlandıran suallardan biri də əməkdar artist, Zeynəb Xanlarovanın qardaşı qızı Mehriban Xanlarovanın toya dəvət olunub-olunmaması haqdadır. Moderator.az-a özəl açıqlama verən aktrisa bunları bildirib:

“Əlbəttə ki, toya dəvət olunmuşam. Çox böyük fəxr və qürurla, məmnuniyyətlə ailəmizin bu xoş günündə iştirak edəcəyəm. Səbəbkarları təbrik edirəm, valideynlərinə gözaydınlığı verirəm. Allah bu günü hər kəsə qismət etsin” deyə sənətkar bildirib.

Moderator.az özəl olaraq toyla bağlı bəzi məlumatları əldə edib. Saytımızın etibarlı mənbədən əldə etdiyi məlumata görə toya xalq artistləri Aygün Kazımova, Eyyub Yaqubov və Röya Ayxan toya müğənni qismində dəvət olunub. Toyun idarəçiliyi isə müğənni Xəyyam Nisanov və onun ansamblına həvalə olunduğu deyilir. Deyilənə görə toya dəvət olunan qonaqların əksəriyyətinin siyahısını Zeynəb Xanlarovanın oğlu və gəlini tərtib edib. Formula1 yarışlarına görə şəhərin mərkəzində yaşayan Zeynəb Xanlarova bir neçə həftəlik ölkədən getsə də, 2 gün öncə Azərbaycana qayıdıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
4
1
moderator.az

2Источники