RU

Telefonumuzdakı bu oyunlar TƏHLÜKƏ SAÇIR – Dərhal SİLİNMƏLİDİR!

Müasir dövr insanı getdikcə daha çox sosial və psixoloji təzyiqlərlə qarşı-qarşıya qalır. Stress, gündəlik şəhər həyatının qarışıqlığı və yoruculuğu insanları ya çox aqressivləşdirir, ya da özünə qapanmasına səbəb olur. Nəticədə günün xoşagəlməz “xatirə”lərini unutmaq üçün çoxları virtual dünyaya, əsasən dəoyunlara yönəlirlər.

Statistika da göstərir ki, hər 100 nəfərdən 40-ı sırf sosial-psixoloji təzyiqdən qurtulmaq məqsədilə belə oyunlara üz tutur. Bu da rəqəmsal oyunların artıq sadəcə əyləncə vasitəsi olmadığını, psixoloji ağırlığı olan bir özünümüdafiə mexanizminə çevrildiyini göstərir.

Amma burada bir sual yaranır: Bu oyunlar həqiqətən yüngülləşdirirmi, yoxsa yeni problemlərin təməlini qoyur?

Mövzuyla əlaqədar psixoloq Züleyxa Əsədova Bizim.Media-ya bildirdi ki, əslində sadə, yorucu olmayan bəzi oyunlar insan psixologiyasına müsbət təsir göstərir.

“Hər birimiz bu oyunlardan bir dəfə də olsa, istifadə etmişik. Belə sadə oyunlar oyunçunun diqqətini cəmləməsinə və gündəlik problemlərdən uzaqlaşmasına kömək edir. Həmçinin, oyunda tapşırıqları yerinə yetirmək, səviyyə atlamaq insan beynində dopamin ifrazına səbəb olur və bu da müvəqqəti də olsa, motivasiya və rahatlıq hissi yaradır. Əgər aqressivlik yaranacaqsa da, oyun zamanı içindəki qəzəbi virtual şəkildə ifadə edərək real həyatda daha sakit qala biləcəklər”.

Oyunların mənfi tərəfinə gəlincə...

Z.Əsədova qeyd etdi ki, davamlı olaraq oynamaq asılılıq yaradır. Bu da gündəlik fəaliyyətlərə marağın azalmasına, sosial təcridə gətirib çıxarır. Üstəlik davamlı oyun oynamaq insanın real problemlərdən qaçmasına, onların həll olunmamasına gətirib çıxarır.

Lakin psixoloq onu da vurğuladı ki, şiddət məzmunlu oyunlar aqressiv davranışların artmasına səbəb ola bilər – xüsusilə yeniyetmələrdə özünü daha çox göstərir. Əgər bir şəxs onsuz da emosional olaraq gərgin vəziyyətdədirsə, oyun onun üçün potensial təhlükə ola bilər.

Избранный
18
2
turkustan.az

3Источники