RU

Rusiyalı tennisçilər Azərbaycan paxlavasına heyran qaldılar: Çox dadlıdır

ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.

III MDB Oyunlarında stolüstü tennis üzrə komanda yarışlarının qalibi olan Rusiya millisinin üzvləri Yekaterina Drozdova və Amina İlimbetova Qəbələdə Azərbaycan mətbəxindən məmnun qaldıqlarını bildiriblər.

İfman.biz xəbər verir ki, rusiyalı qonaqlar daha çox Azərbaycan paxlavasına xüsusilə önəm verdiklərini deyiblər.

“Burada bizi əla qidalandırırlar, hər şey çox dadlıdır. Biz paxlavanın vurğunuyuq”, – deyə Drozdova etiraf edib.

O bildirib ki, Azərbaycan qonaqpərvər ölkədir və burada çox yerləri görmək istəyirlər: "Bu, yalnız yarışlardan sonra mümkün olacaq. İndi diqqətimizi tamamilə turnirə yönəltmişik”.

İlimbetova əlavə edib ki, paxlava onların çəki artımına o qədər də ziyan vurmaz: “Paxlavadan kökələ bilərikmi? Bundan qorxmuruq, çünki məşqlərdə çox çalışırıq. Bizim üçün onu yemək olar”.

Rusiya kişi yığmasının baş məşqçisi Yuri Rıjov da təəssüratlarını bölüşüb: “Bizi çox yaxşı qarşıladılar, möhtəşəm oteldə qalırıq, yeməklər gözəldir. Nəqliyyatda heç bir problem yoxdur, bizi vaxtında oteldən arenaya və geri gətirirlər. Otel və idman obyektlərindəki personal çox mehribandır. Bizə hər şey çox xoş gəlir”.

Qeyd edək ki, sentyabrın27-də Drozdova, İlimbetova və Zlata Terekhova finalda Azərbaycan yığmasına qalib gələrək qızıl medal qazanıblar.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
4
1
icma.az

2Источники