RU

Həbib Nurməhəmmədov Abu-Dabidə nüfuzlu güləş turniri hazırlayır

UFC-nin keçmiş yüngül çəkili çempionu və təşkilatın Şöhrət Zalının üzvü Həbib Nurməhəmmədov noyabr ayında Abu-Dabidə nüfuzlu güləş turniri təşkil etməyə hazırlaşdığını açıqlayıb.

İdman.biz "Red Corner MMA"ya istinadən xəbər verir ki, yarışda hər çəki dərəcəsində dörd idmançı iştirak edəcək.

Onların arasında dünya çempionları və Olimpiya qalibləri də olacaq. Xüsusi maraq doğuran odur ki, təşkilatçılar 97 kq çəki dərəcəsində iranlı Amir Azarpiru, amerikalı Kayl Snayder, qırğız güləşçi Əhməd Tacudinov və həmçinin Abdulrəşid Sadullayevi bir araya gətirməyi planlaşdırırlar.

Nurməhəmmədov bildirib ki, hazırda turnirlə bağlı işlər görürülür: "Hər çəki dərəcəsində dörd nəfər olacaq. Düşünürəm ki, bu çox maraqlı alınacaq. Artıq arenanı İdman Nazirliyi ilə razılaşdırmışıq, qarşıda Turizm Nazirliyi ilə yekun görüş qalır. Hər şey plan üzrə getsə, turnir noyabrın 20–21-də keçiriləcək”.

İdman.biz

Избранный
12
1
idman.biz

2Источники