RU

Vadim Abdullayev: “Həddindən artıq çox qol buraxırdıq”

“Son oyunlarda həddindən artıq çox qol buraxırdıq. Ardıcıl üç matç idi ki, məğlub olurduq. Məncə, rəqib də buna görə bizə daha rahat yanaşırdı. Amma unutmaq olmaz ki, biz də insanıq və heç bir peşəkar idmançı bu vəziyyəti qəbul edə bilməz. Biz də asan rəqib olmadığımızı göstərdik və sona qədər mübarizə apardıq”.

Bu fikirləri futbolinfo.az-a açıqlamasında “Karvan-Yevlax”ın futbolçusu Vadim Abdullayev deyib.

Yarımmüdafiəçi səfərdə “Neftçi” ilə qolsuz bərabərlik barədə də danışıb: “Oyun gözlədiyimiz kimi keçdi. “Neftçi”nin səviyyəsini və öz meydanında oynamasını nəzərə alsaq, onlardan xal almaq bizim üçün çox önəmli idi. Bu nəticəni yaxşı hesab edirəm. Çünki rəqib Azərbaycan çempionatında müəyyən səviyyəyə malik komandadır. Qapıçımız və müdafiəçilərimiz inamlı çıxış etdilər. Əlimizdən gəldiyi qədər mübarizə apardıq. Hazırda bu nəticə bizim üçün dəyərlidir. Zədəli olduqları üçün bir neçə turdur ki, nominal hücumçusuz oynayırıq. Bu isə müəyyən çətinliklər yaradır. Amma buna baxmayaraq, hücumlara çıxır və kifayət qədər təhlükəli vəziyyətlər yarada bilirdik”.

Kapitan oyunda yaşanan gərginlikdən də söz açıb: “Belə görüşlərdə daha çox qaçan tərəf biz oluruq. Daha çox enerji sərf edən tərəf isə təbii ki, daha çox səhv edir və aqressivləşir. Hər xırda təmasa reaksiya vermək adi haldır. Ona görə gərginlik meydanda özünü göstərdi. Amma oyun bitəndən sonra hamı bir-biri ilə görüşüb, sağollaşdı”.

İdman.biz

Избранный
6
1
idman.biz

2Источники