RU

Debütant ''Trabzonspor''a uduzdu - prezidenti ''od püskürdü''

Türkiyə çempionatının 7-ci turunda ''Fatih Karagümrük'' ''Atatürk Olimpiya'' stadionunda ''Trabzonspor''a 3:4 hesabı ilə məğlub olub.

7-ci oyunda 6-cı məğlubiyyətlə üzləşən debütant ''Fatih Karagümrük'' 3 xalla sondan əvvəlki - 17-ci pillədə qərarlaşıb. Meydan sahibləri bu matçda hakimlikdən kəskin narazı qalıblar. Xüsusilə ''Trabzonspor''un hesabı 3:1 edərkən qazandığı penalti söz-söhbətlərə səbəb olub. Hətta trabzonluların baş məşqçisi Fatih Təkkə də oyundan sonra etiraf edib ki, həmin epizodda penalti yox idi.

''Fatih Karagümrük''ün prezidenti Süleyman Hurma sərt açıqlamalar verərək bunları deyib:
''Klublar Birliyindən ayrılmaq qərarına gəlmişəm. Çünki orda birlikdə oturmağımızın artıq heç bir mənası yoxdu. Böyük klublar var. Onlar bilərəkdən qorunur. Bir də bizim kimi öz imkanları ilə nəyəsə nail olmağa çalışan, amma əzilən klublar var. Bu gündən KB-nin toplantılarına qatılmayacam. Digər Anadolu klublarının orda təmsil olunmaması üçün də əlimdən gələni edəcəm. Böyük klublar qalib gəldikdə quzuya çevrilirlər. Heç kimin səsi çıxmır. ''Qalatasaray'' ilə oyunda ilk buraxdığımız qolda cərimə zərbəsi var idi. O vaxt da heç kimin səsi çıxmadı''.
Избранный
19
1
football-plus.az

2Источники