RU

Ərəb klubu Loran Blanı istefaya göndərdi

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu baş məşqçi Loran Blanla yollarını ayırıb.

Bizim.Media xəbər verir ki, qərar komandanın ölkə çempionatının 4-cü turunda evdə “Əl-Nəsr”ə 0:2 hesabı ilə uduzmasından sonra verilib.

59 yaşlı fransız mütəxəssis 2024-cü ilin iyulunda “Əl-İttihad”ın sükanı arxasına keçmişdi.
 

O, ilk mövsümündə komandanı həm ölkə çempionu, həm də Kral Kubokunun qalibi etmişdi. Yeni mövsümə ardıcıl üç qələbə ilə başlayan Ciddə təmsilçisi “Əl-Nəsr”lə oyunda Sadio Mane və Kriştianu Ronaldunun qollarına müqavimət göstərə bilməyib.


Qeyd edək ki, komandanı müvəqqəti olaraq Blanın köməkçisi Həsən Xəlifə çalışdıracaq. Ona gənclər komandasının məşqçisi İvan Karrasko dəstək verəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
45
3
bizim.media

4Источники