RU

Ermənistanda icma başçısını və polis əməliyyatçısını öldürən şəxs saxlanılıb

Ermənistanda müxalif siyasətçi, Parakar icmasının rəhbəri Volodya Qriqoryanın və onun dostu, polis Karen Abramyanın qətlinin üstü açılıb.

Demokrat.az-ın "Sputnik Ermənistan"a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, daha bir şəxs saxlanılıb, o, atəş açdığını etiraf edib.

Xatırladaq ki, sentyabrın 26-da sözügedən cinayət işi şübhəli şəxs qismində bir nəfər saxlanılmışdı.

Qeyd edək ki, sentyabrın 24-nə keçən gecə "Aprelu Yerkir" partiyasının üzvü Volodya Qriqoryan evinin qarşısında güllələnərək öldürülüb. Hücum zamanı onun polis dostu Karen Abramyan da həlak olub.

Избранный
39
4
demokrat.az

5Источники