Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu baş məşqçi Loran Blanla yollarını ayırıb.
İdman.biz xəbər verir ki, qərar komandanın ölkə çempionatının 4-cü turunda evdə “Əl-Nəsr”ə 0:2 hesabı ilə uduzmasından sonra verilib.
59 yaşlı fransız mütəxəssis 2024-cü ilin iyulunda “Əl-İttihad”ın sükanı arxasına keçmişdi. O, ilk mövsümündə komandanı həm ölkə çempionu, həm də Kral Kubokunun qalibi etmişdi. Yeni mövsümə ardıcıl üç qələbə ilə başlayan Ciddə təmsilçisi “Əl-Nəsr”lə oyunda Sadio Mane və Kriştianu Ronaldunun qollarına müqavimət göstərə bilməyib.
Qeyd edək ki, komandanı müvəqqəti olaraq Blanın köməkçisi Həsən Xəlifə çalışdıracaq. Ona gənclər komandasının məşqçisi İvan Karrasko dəstək verəcək.