Roberto Martines arzuolunmaz vəziyyətə düşüb. Portuqaliya yığmasının baş məşqçisinin evi qarət olunub.
“A Bola” qəzetinin yaydığı xəbərdə onun Kaskais qəsəbəsindəki evindən oğurluq edildiyi bildirilib. Mətbəxdən evə daxil olan oğrular bir milyon avrodan çox dəyəri olan qızıl-zinət əşyalarını və bahalı saatları aparıblar.
Qeyd edək ki, ispaniyalı Martines Portuqaliya yığmasını 2023-cü ildən çalışdırır. Onun komandası hazırda DÇ-2026-nın seçmə turnirində F qrupunda 2 oyuna 6 xalla liderdi.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта