Azərbaycanda təşkil olunan III MDB Oyunları davam edir.
Publika.az xəbər verir ki, bu gün 4 idman növü üzrə yarışlar keçiriləcək.
Qəbələ Olimpiya İdman Kompleksində stolüstü tennis yarışları davam edəcək. Qoşa və qarışıq-qoşa növləri üzrə 1/4 final, yarımfinal və final matçları baş tutacaq.
Qəbələ Atıcılıq Klubunda stend atıcılığı üzrə mübarizə baş tutacaq.
Şəki şəhər stadionunda isə çövkən oyunlarına start veriləcək. A qrupunda yer alan Azərbaycan millisi Qırğızıstanla üz-üzə gələcək.
B Qrupunda Özbəkistanla Qazaxıstan münasibətlərə aydınlıq gətirəcək.