RU

Con Cons: “MMA mənim və ailəmin həyatını həmişəlik dəyişdi”

38 yaşlı ağır (120 kq) və yarımağır çəkidə (93 kq) keçmiş UFC çempionu amerikalı Con Cons Ağ Evdə keçiriləcək UFC turnirinə qatıla bilmək üçün döyüşmək istədiyini bildirib.

İdman.biz bildirir ki, Ağ Evdəki turnir 2026-cı ilin iyununda təşkil olunmalıdır.

"MMA mənə bu gün sahib olduğum hər şeyi verib. O, mənim və ailəmin həyatını həmişəlik dəyişib. İndi MMA-da hər hansı yeni qələbə mənim üçün gözəl bonusdur. Döyüş növlərində bu qədər uzun karyeradan sonra hələ də bunu yenidən etmək üçün həvəsində olduğu üçün minnətdaram.

Bu məqsədə nail olacağıma heç bir zəmanət yoxdur, amma yenə də çalışıram. Çox insanlar illər əvvəl öz arzularından vaz keçiblər və indi bütün dünyaya, hələ də irəli getməyə çalışanlara qəzəblidirlər. Mübarizənizi davam etdirin”, - Cons sosial media səhifəsində yazıb.

İdman.biz

Məqalədə:
Избранный
9
1
idman.biz

2Источники