RU

"İblis cənnəti": Dünyanın ən ucqar şəhəri insanlar üçün cəhənnəmə çevrilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



La-Rinkonada şəhərində hasil edilən qızıl qlobal tədarük zəncirlərinin bir hissəsi hesab olunsa da, onun hasilatı yerli sakinlərin həyatını məhv edir.
Oxu.Az xəbər verir ki, bu barədə "The Sun" yazır.
Məlumata görə, yerli sakinlər ağciyər və sinir sistemi xəstəlikləri, iflic və ölümlə nəticələnən ağır infeksiyalardan əziyyət çəkirlər.
Perunun And dağlarında yerləşən La-Rinkonada planetin ən hündür və ən ucqar şəhəri hesab olunur. Dəniz səviyyəsindən təxminən 5 km yüksəklikdə yerləşən bu mədən şəhəri "İblis cənnəti" kimi tanınır.
Ancaq yerli sakinlər üçün o çoxdan canlı cəhənnəmə çevrilib, çünki burada insanlar yoxsulluq içində yaşayır, zəhərli civə buxarlarını udur və nadir hallarda 40 yaşdan çox yaşayırlar.
Məlumata görə, La-Rinkonadanın təxminən 50 min əhalisi var. Orta ömür uzunluğu isə cəmi 30-35 ildir. Şəhər zibil və çirkab içində batır. Onun içməli suyu qızılı təmizləmək üçün istifadə edilən civə ilə çirklənmiş buzlaqlardan gəlir.
Избранный
100
50
oxu.az

10Источники