Idman.biz saytına istinadən ain.az xəbər verir.
Bundesliqanın 5-ci turunda “Borussiya Mönhenqladbax” - “Ayntraxt Frankfurt”u qəbul edib.
Oyunda hesabı 11-ci dəqiqədə “Ayntraxt”ın müdafiəçisi Robin Kox açıb. 15-ci dəqiqədə hücumçu Ansqar Knauff 15-ci dəqiqədə komandasının üstünlüyünü artırıb – 2:0. 35-ci dəqiqədə isə Conatan Burkardt isə 35-ci əla qol vurub.
“Qartallar” ilk hissənin sonlarında, 39-cu və 45+1 dəqiqələrində Fares Xaibi və Can Uzunun hesabına daha iki qol vurub. Fasilədən sonra 47-ci dəqiqədə Kox oyunda ikinci qolunu vuraraq hesabı 6:0-a çatdırıb.
Bundan sonra oyunu xarakteri dəyişib. Meydan sahibləri 73-83-cü dəqiqələr arasında üç qol vurublar.
“Borussiya”nın heyətində Yens Kastrop, Haris Tabakoviç və Yannik Engelhardt fərqlənib. 90+9-cu dəqiqədə meydan sahiblərinin hücumçusu Qrant-Leon Ranos komandasının dördüncü qolunu vurub.
“Ayntraxt Frankfurt” 9 xalla Bundesliqa turnir cədvəlində dördüncüdür. Münhenqladbax “Borussiya”sı iki xalla 18-ci pillədə qərarlaşıb.
“Ayntraxt” UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqibidir. Komandalar 2026-cı il yanvarın 21-də Bakıda qarşılaşacaqlar.
İdman.biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.