RU

Ayağına daş dəydi, milyonçu oldu

News24 saytından alınan məlumata görə, ain.az bildirir.

Fransada bir kişi yolda gedərkən ayağına qəribə daş sayəsində varlı olub. Əvvəlcə adi daş kimi görünən bu parça, parlaq görünüşü və qeyri-adi quruluşu ilə diqqət çəkib. Şübhələnən şəxs onu mütəxəssislərə təqdim edib və nəticə inanılmaz olub.

News24.az xəbər verir ki, araşdırmalar nəticəsində həmin daşın yerə aid olmadığı, əslində isə nadir tapılan bir göydaşı olduğu müəyyən edilib. Mütəxəssislər bildiriblər ki, bu daş min illər əvvəl kosmosdan Yerə düşüb və tərkibində qiymətli metallardan ibarət elementlər var. Bu xüsusiyyətlərinə görə, daş həm alimlər, həm də kolleksiyaçılar üçün böyük dəyər daşıyır.

Göydaşının nadirliyi və tərkibindəki qiymətli komponentlər səbəbindən onun təxminən, 6 milyon lirə dəyərində olduğu qeyd olunur. Əgər satılarsa, sahibi bir anda milyonçu ola bilər.

Mütəxəssislər vurğulayırlar ki, göydaşları yalnız bazar dəyərinə görə deyil, həm də elmi araşdırmalar üçün mühüm əhəmiyyət daşıyır. Onlar kainatın sirrlərini anlamaqda vacib ipucları təqdim edir və nadir olduqları üçün yüksək qiymətləndirilirlər.

Xeyrənsə Piriyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
18
1
news24.az

2Источники