RU

"Atletiko" böyük hesabla "Real"a QALİB GƏLDİ

La Liqanın 7-ci turunda Madrid derbisi baş tutub.

Bizim.Media xəbər verir ki, “Atletiko” doğma meydanda “Real”ı qəbul edib. Görüş meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı 14-cü dəqiqədə “Atletiko”nun müdafiəçisi Roben Le Norman baş zərbəsi ilə açıb.

25-ci dəqiqədə “Real”ın hücumçusu Kilian Mbappe hesabı bərabərləşdirib. 36-cı dəqiqədə yarımmüdafiəçi Arda Güler “kral klubu”nu önə keçirib. İlk hissəyə əlavə olunan 3-cü dəqiqədə Aleksandr Serlot yenidən tarazlığı bərpa edib.
 

İkinci hissədə meydan sahibləri üstünlüyü ələ alıblar. 54-cü dəqiqədə Xulian Alvares penalti ilə fərqlənib – 3:2. 64-cü dəqiqədə isə argentinalı hücumçu cərimə zərbəsindən dublunu rəsmiləşdirib. Oyunda son nöqtəni 90+3-cü dəqiqədə Antuan Qrizmann qoyub – 5:2.


Qələbədən sonra “Atletiko” xallarını 12-yə çatdıraraq 4-cü pilləyə yüksəlib. “Real” isə 18 xalla turnir cədvəlinin liderliyini qoruyub.

Bizim.Media

Избранный
12
3
bizim.media

4Источники