RU

“Bir xalı da yaxşı nəticə hesab edirik” - Azər Həşimov

“Karvan-Yevlax” “Neftçi” səfərindən xalla ayrıldı.

“Football-plus.az” xəbər verir ki, qonaqların baş məşqçisi Azər Həşimov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb.

- Şəhidlərin ruhuna rəhmət diləyirəm. “Neftçi”nin gücü hamıya bəllidi. “Sumqayıt”la oyunu təhlil etmişdik. Müdafiədən oynayıb, əks-hücumlar planlaşdırmışdıq. Bir-iki epizodumuz oldu. Bir xalı da yaxşı nəticə hesab edirik.

- “İmişli” sizin üçün “Neftçi”dən daha çətin rəqibdi deyə bilərik?
- Xeyr, sadəcə standart vəziyyətlərdən qol buraxırdıq. Mübarizə aparıb, xal qazanmaq lazımdı. Futbolçularla danışdıq, yaxşı oyunları yada saldıq. Komandanı silkələdik, izah etdik ki, bu komanda nəticələr qazana bilər.

- Elvin nə əcəb yox idi?
- Mikrozədəsi var idi. Əvəzedilməz futbolçu yoxdu.

- Səid çox aqressiv idi. Qırmızı vərəqə ala bilərdi.
- Müdafiəçilər belə olmalıdı. Futbol xarakter oyunudu.

- Mikels və Mateuşun durumu nə yerdədi?
- Gələn həftə ikisi də hazır olmalıdı.

MÜZƏFFƏR QULUZADƏ

Избранный
20
1
football-plus.az

2Источники