Antalyanın mərkəzi rayonlarından biri olan Aksu bələdiyyə sədri İsa Yıldırım Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verəcəyini və müstəqil bələdiyyə başqanı kimi vəzifəsini davam etdirəcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, CHP-nin daha bir bələdiyyə sədri partiyadan istefa verib. Antalyanın Aksu bələdiyyə başqanı İsa Yıldırım CHP-dən istefa verdiyini açıqlayıb və müstəqil olaraq namizədliyini davam etdirəcək.
İsa Yıldırım sosial mediada etdiyi yazılı açıqlamada 2024-cü il seçkilərində CHP kadrlarının dəstəyini millətçi və mühafizəkar seçicilərlə birləşdirərək 55 faiz səslə bələdiyyə sədri seçildiyini xatırladıb. Yıldırım, "Bu uğur həm CHP-lilərin, həm də millətçilərin birgə səylərinin nəticəsidir" deyən, seçkidən sonra partiyadaxili problemlərin onu istefa həddinə çatdırdığını da sözlərinə əlavə etdi.
Aytən Yaşar/ Turkustan.az