RU

İngiltərə Premyer Liqası: "Liverpul" ilk məğlubiyyətini aldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İngiltərə Premyer Liqasında 6-cı tur son çempion "Liverpul"un cari mövsümdə ilk məğlubiyyəti ilə əlamətdar olub.
Oxu.Az xəbər verir ki, mersisayd klubu səfərdə "Kristal Pelas"a uduzub - 2:1.
İsmaila Sarr 9-cu dəqiqədə meydan sahiblərini hesabda önə keçirib. 87-ci dəqiqədə Federiko Kyesa hesabı bərabərləşdirib. 90+7-ci dəqiqədə isə Eddi Nketia qələbə qolunu vurub.
Bu oyundan sonra "Kristal Pelas" 12 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Turnir cədvəlinə 15 xalla "Liverpul" başçılıq edir.
Избранный
510
2
oxu.az

10Источники