Qəlbimizdə eyni hisslər, dilimizdə eyni musiqilərlə yaxşı gündə də, pis gündə də bir yerdə olmağa davam edəcəyik.BUTA.TV xəbər verir ki, bu barədə Şimali Kipr Türk Prezidenti Ərsin Tatar 27 Sentyabr- Anım Günü ilə əlaqədər X hesabında yazıb. “İşğal altında olan Azərbaycan torpaqlarını azadlığa qovuşduğu şərəfli mübarizənin ildönümü olan Anım günündə şəhidlərimizi rəhmət və ehtiramla yad edir, qazilərimizə can sağlığı, uzun ömür arzulayıram", - Ə.Tatar qeyd edib.