RU

Sudan XİN başçısı: Azərbaycanın qonşu dövlətlərlə sülh içində yaşadığını görmək sevindiricidir

ain.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasını görməkdən çox məmnunuq.

Bunu "Report"un ABŞ bürosuna açıqlamasında Sudanın xarici işlər naziri Mohieldin Salim Ahmed İbrahim deyib.

Nazir bildirib ki, Azərbaycan və Sudan arasında münasibətlərin tarixi qədimdir:

"Bizim Azərbaycanla uzun illərə dayanan çox yaxşı münasibətlərimiz var. Bir neçə gün əvvəl yüksək səviyyəli nümayəndə heyəti ilə Azərbaycanda keçirilən toplantıda iştirak etdik. Azərbaycanın qonşu dövlətlərlə sülh içində yaşadığını görmək sevindiricidir. Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasından çox məmnunuq. Ümumiyyətlə, Sudanda biz hər zaman sülhün tərəfdarıyıq. Hesab edirəm ki, harada sülh varsa, bu, bizim üçün böyük əhəmiyyət daşıyır. Ona görə də biz bütün qonşular arasında sülhün olmasını arzulayırıq".

XİN başçısı vurğulayıb ki, Azərbaycan bir çox sahələrdə qabaqcıl təcrübəyə malikdir və Sudan bu təcrübədən yararlanmaq niyyətindədir:

"Azərbaycanla münasibətləri geniş şəkildə, müxtəlif sahələrdə inkişaf etdirmək istəyirik. Çünki sizin ölkəniz kənd təsərrüfatı, mədənçilik, neft və digər sahələrdə qabaqcıl təcrübə və texnologiyalara sahibdir. Gələcəkdə bu istiqamətlərdə birgə əməkdaşlıqda maraqlıyıq".

Nazir, həmçinin, Azərbaycan hökumətinin sudanlı tələbələr üçün yaratdığı təhsil imkanlarına görə təşəkkürünü ifadə edib:

"Ölkənizdəki müxtəlif universitetlərdə çox sayda sudanlı tələbənin təhsil almasına şərait yaratdığınız üçün Azərbaycana minnətdarıq. Onlar hazırda Sudanın inkişafına töhfə verirlər. Mən özüm gənc tələbə ikən Moskvada oxuyurdum və həmin vaxt Bakıya səfər etmişdim. Orada təhsilini bitirən bir sıra sudanlı tələbələrin məzun mərasimində iştirak etdim. Onlar indi Sudanda həkim, mühəndis və dövlət idarəçiliyi də daxil olmaqla müxtəlif sahələrdə tanınmış simalardır. Biz sizə və ölkənizə bunun üçün minnətdarıq".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
21
icma.az

1Источники