RU

Avstraliyada qan su yerinə axacaq: Ulberqin zirvəyə gedən yolu, Metyusun ağır sınağı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Pert - günəşli səması, gözoxşayan sahilləri, təbiətin zənginliyi və rahat həyat tərzi ilə seçilən Qərbi Avstraliyanın (ştat) paytaxtı 28 sentyabr tarixində daha bir UFC-yə ev sahibliyi edəcək.
Oxu.Az xəbər verir ki, gecənin mərkəzi döyüşü yarımağır (93 kq) çəkidə baş tutacaq: zərbələrinin dəqiqliyi və çevikliyi ilə tanınan Avstraliyanın və Yeni Zelandiyanın ulduzu Karlоs Ulberq uzun illər UFC səhnəsində adından söz etdirən, təhlükəli rəqib hesab edilən Dominik Reyesə qarşı qəfəsdə görünəcək. Bu döyüş həm reytinq sıralamasına, həm də döyüşçülərin gələcək taleyinə ciddi təsir göstərə bilər.
Bu turnirdə diqqətçəkən digər avstraliyalı döyüşçü isə Ceyk Metyus olacaq. O, həmin gecə təcrübəli amerikalı Nil Meqni ilə üz-üzə gələcək. Ceyk Metyus 1994-cü ilin sentyabrında Melburnda dünyaya gəlib. Sadə, idmansevər bir ailədən çıxan Metyus gənc yaşlarından döyüş sənətlərinə maraq göstərib. Əvvəlcə güləş və boksla məşğul olub, sonra isə qarışıq döyüş sənətlərində öz yolunu tapıb. Hələ 19 yaşında UFC ilə müqavilə bağlayan gənc avstraliyalı bununla həm ölkəsində, həm də beynəlxalq aləmdə böyük rezonans doğurdu. C.Metyusun karyerası ziddiyyətlərlə doludur: yüksəlişlər sevinc, gözlənilməz məğlubiyyətlərin acısı. Amma, o, hər uğursuzluqdan sonra özünü toparlayıb, yenidən ayağa qalxmağı bacarıb və bu, onun döyüş iradəsini daha da sərtləşdirib.
Ceyk Metyus döyüşərkən həm texniki bacarığı, həm də inadkar xarakteri ilə seçilir. O, yalnız gücü ilə deyil, eyni zamanda dözümlülüyü, təmkinli taktikası və rəqibin zəif məqamlarını görmək bacarığı ilə UFC-nin yarımorta (77 kq) çəkisində ad-san qazanıb. Bu gün Metyus təkcə Avstraliyanı təmsil edən bir idmançı deyil, həm də gənc nəsil üçün nümunədir. O, zəhmətlə, qətiyyətlə və fədakarlıqla ən böyük arenalara gedən yolun mümkün olduğunu timsalında nümayiş etdirir.
Bünyad Qaraxanlı
Избранный
37
50
oxu.az

10Источники