Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəhbər heyəti Vətən uğrunda şəhid olanların xatirəsinə ehtiram əlaməti olaraq Zəfər parkını ziyarət edib, Zəfər abidəsi önünə gül dəstələri qoyublar.
SİA-nın məlumatına görə, XRİTDX-dən bildirilib ki, Vətən müharibəsinin başlandığı gün - 27 sentyabr Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Anım Günü kimi qeyd edilir. 44 gün davam edən müharibə nəticəsində Qarabağ və ətraf rayonlar işğaldan azad edilib.- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта