RU

Mahmud Abbasın müşaviri: Toni Bleyer Qəzzaya rəhbərlik edə bilməz İDDİA

BAKI, 27 sentyabr. TELEQRAF

"Fələstinlilər Qəzza zolağına nəzarəti ələ keçirən əcnəbini qəbul etməyəcəklər".

Teleqraf xəbər verir ki, bunu Fələstin prezidentinin müşaviri Mahmud əl-Həbbaş “Al Hadath” telekanalına Böyük Britaniyanın keçmiş baş naziri (1997-2007) Toni Bleyerin Fələstin anklavı üçün beynəlxalq keçid idarəetmə orqanına rəhbərlik etməyə ümid etməsi ilə bağlı xəbərləri şərh edərkən bildirib.

"Biz milyon il keçsə də, fələstinlidən başqa heç kimin idarəçiliyini qəbul edə bilmərik", deyib əl-Həbbaş. O vurğulayıb ki, fələstinlilər "Bleyerin namizədliyi ideyasının haradan gəldiyini" və ya bu məlumatın doğru olub-olmadığını bilmirlər.

Eyni zamanda Abbasın müşaviri təsdiqləyib ki, Fələstin Milli Administrasiyası “ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı planına müsbət cavab verməyə” hazırdır. O, “münaqişəyə son qoymaq qərarı Trampın əlindədir” fikrini bildirib.

“Əgər o, belə qərar verərsə, Netanyahu bu qərarı yerinə yetirəcək və həyata keçirəcək”, - əl-Həbbaş hesab edir.

Избранный
9
1
teleqraf.com

2Источники