U-16 millimiz ölkəmizdə təşkil olunan 3-cü MDB Oyunlarında ilk oyununa çıxıb.
"Football-plus.az" xəbər verir ki, A qrupunda yer alan U-16 yığmamız Tacikistanın müvafiq yaş qrupundan ibarət komadası ilə qarşılaşıb. Matçdan əvvəl torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qəbələ şəhər stadionunda təşkil olunan görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolu 29-cu dəqiqədə Nihat Hüseynzadə vurub.
Qeyd edək ki, millimiz qrupda növbəti oyununu oktyabrın 1-də Qırğızıstan yığmasına qarşı keçirəcək.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта