“Mançester Yunayted”in yarımmüdafiəçisi Brunu Fernandeş Premyer Liqanın 6-cı turunda "Brentford"la matçın (1:3) 76-cı dəqiqəsində penaltini vura bilməyib.
İdman.biz bildirir ki, portuqaliyalı futbolçu bu onillikdə vurulmamış penaltilər üzrə Premyer Liqada yeddi qolla liderlik edir.
“Liverpul”un hücumçusu Məhəmməd Salah 5 realizə olunmamış penalti ilə Premyer Liqada ikincidir.
Fernandeş 2020-ci ildən “Mançester Yunayted”dədir. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, oyunçunun bazar dəyəri 50 milyon avrodur.