RU

Koul Palmer üç həftəlik istirahətə çıxıb: “Çelsi” “Qarabağ” matçında iştirak edə biləcəkmi?

Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer yaxın oyunları buraxacaq. İngiltərəli futbolçu qasıq zədəsinin təkrarı səbəbindən klub tərəfindən konservativ üsulla müalicə olunur.

İdman.biz-in məlumatına görə, “Çelsi”nin baş məşqçisi Enzo Mareska bildirib ki, Palmer oktyabra qədər istirahət edəcək. Bu səbəbdən o, “Brayton”, “Benfika” və “Liverpul” qarşılaşmalarında iştirak etməyəcək.

Komanda həkimləri Palmerin oktyabr ayının ortalarına qədər sağalacağını bildiriblər. Əgər zədəsi tam sağalarsa, o, beynəlxalq fasilədən sonra təlimlərə qoşularaq formaya düşmək üçün təxminən üç həftə vaxt qazanacaq. Beləliklə, Palmer 5 noyabrda Bakıda keçiriləcək Çempionlar Liqasının “Qarabağ” -“Çelsi” matçına yetişə bilər.

Qeyd edək ki, son qərar onun bərpa prosesi və təlimlərdəki vəziyyətindən asılı olacaq.

Teymur Tuşiyev

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
13
1
icma.az

2Источники